"Qarabağ"ın gənc futbolçusu Əli Bəşirov Fransanın "Strasburq" klubunda iki həftəlik baxışdan sonra vətənə qayıbıb.
Sportal.az saytı Bəşirovla bağlı "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyevin fikirlərini öyrənib:
"Strasburq"un Əli Bəşirovla bağlı fikirləri müsbətdir. Fransa klubu onun performans göstəricilərini bizə də göndərib. Onu yaxşı qiymətləndiriblər. Sonrakı gedişatla bağlı gələcəkdə mətbuata klub tərəfindən ətralı məlumat veriləcək".
saytlarin hazirlanmasi
