Modriç 5-ci dəfə dünya çempionatında - yalnız Ronaldo, Messi və Oçoadan geri qalır

23:23 - 1 İyun 2026

Luka Modriç karyerasında 5-ci dəfə dünya çempionatında iştirak edəcək.

Sportal.az xəbər verir ki, 40 yaşlı "Milan" yarımmüdafiəçisi Xorvatiya millisinin DÇ-2026 üçün yekun heyətinə daxil edilib. Komandanın açıqlanan siyahısı daha əvvəl yayımlanan ilkin heyətlə üst-üstə düşür.

Modriç bundan əvvəl 2006, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib.

Dünya çempionatlarına çağırılma sayında onu yalnız üç futbolçu qabaqlayır. Lionel Messi (Argentina), Kriştiano Ronaldo (Portuqaliya) və Qilhermo Oçoa (Meksika) öz milli komandalarının heyətinə 6 dəfə daxil ediliblər.

Xəbər xətti