Almaniya millisinin hücumçusuna 5 klubdan təklif gəldi

12:35 - 24 Avqust 2026

Almaniya millisinin forvardı Nik Voltemeyd yeni mövsüm hansı komandada oynayacağına qərar verməyib.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, alman 24 yaşlı hücumçu 5 klub arasında seçim edəcək.

Alman forvarda “Leyptsiq”, “Borussiya”(Dortmund) ,”Barselona”, “Aston Villa” və sabiq komandası olan “Ştuttqart” rəsmi müqavilə irəli sürüb.

Amma “Nyukasl”la müqavilə müddəti 2031-ci il iyunun 30-na qədər olan hücumçu hələ ki yekun qərarını verməyib.

“Verder”, “Elversberq” klublarında oynamış Nik 2025-ci ildə “Ştuttqart”dan “Nyukasl”a keçib.
 

Xəbər xətti