Markus Reşford "Fənərbaxça"nın maraq dairəsinə düşüb.
Sportal.az "The Times"ə istinadən xəbər verir ki, Türkiyə klubu Çempionlar Liqasının əsas mərhələsinə yüksəldikdən sonra "Mançester Yunayted"in hücumçusunu transfer etmək istəyir. Reşford “Fənərbaxça”nın əsas transfer hədəflərindən biridir.
Lakin futbolçunun özü bu keçiddə maraqlı deyil. Böyük ehtimalla, Reşford “Mançester Yunayted”də qalacaq. O, komandanın baş məşqçisi Maykl Kerriki məşqlərdəki çıxışı ilə təəccübləndirib.
Qeyd edək ki, İngiltərə millisinin futbolçusu ötən mövsümü "Barselona"da icarə əsasında keçirib. O, La Liqada 32 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
