PSJ Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq üzərində işləyir.
Sportal.az xəbər verir ki, 25 yaşlı vingerin Paris klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Futbolçuya yaxın zamanda maaş artımı ilə 2030 və ya 2031-ci ilə qədər yeni müqavilə təklif oluna bilər.
Bu məsələ ilə bağlı danışıqlar artıq başlayıb. Tərəflərin yaxın həftələrdə razılığa gəlməsinin çox böyük ehtimalla mümkün olduğu bildirilir.
Qeyd edək ki, Xviça 2025-ci ilin qışından PSJ-də çıxış edir.
saytlarin hazirlanmasi
