Bu gün İstanbul derbisi var

11:59 - 5 Sentyabr 2026

Türkiyə Super Liqasında 4-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün turun mərkəzi oyunu baş tutacaq.

İstanbul derbisində "Fənərbaxça" doğma meydanda "Beşiktaş"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, 3 turdan sonra hər iki komanda 6 xal toplayıb. Çempionatın lideri 10 xalı olan "Qalatasaray"dır.

Xəbər xətti