Komanda iyulun 26-da Bakıya qayıdır
2013-2014-cü illər mövsümünə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” növbəti yoldaşlıq oyununu keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın Avropanın adıçəkilən ölkəsindəki son görüşündə rəqibi Türkiyə Superliqasının təmsilçisi "Karabükspor” olub. Maraqlı mübarizə şəraitində keçən oyun heç-heçə nəticələnib – 2:2.
Beləliklə, iyulun 26-da Bakıya qayıdacaq "Rəvan” Sloveniya toplanışı çərçivəsində dördüncü oyununu keçirib. Daha öncə komanda Sloveniya təmsilçisi "Aluminiy” (1:1) və Serbiya klubları "Donyi Srem” (0:2) və "Çukariçki” (0:0) ilə qarşılaşıb.
saytlarin hazirlanmasi