Freddi Borq "təyyarəçilər"in yeni futbolçusu ola bilər
Hücumçu axtarışlarını davam etdirən AZAL istədiyini İsveçdən tapıb.
Sportal.az xəbər verir ki, bu, isveçli hücumçu Freddi Borqdu. Futbolçu artıq "təyyarəçilə"in heyətində baxışdadır. Bu barədə xəbəri klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov verib. Yusifov futbolçu barəsində yekun qərarın yaxın günlərdə veriləcəyini bildirib.
Freddi Borqun karyerasına gəldikdə isə o, İsveçin "Malme", "Helvikens", "Esters", eləcə də Almaniyanın "Hanza" və "Alemaniya" klublarında çıxış edib. Futbolçunun sonuncu iş yeri “Darmstadt 98” olub.
Qeyd edək ki, AZAL bu gün əvəzedici heyətlə yoldaşlıq görüşü keçirəcək və Borq Vaqif Sadıqovun etimadını qazanmaq istəyəcək.
saytlarin hazirlanmasi