Paytaxt klubu məşqə çıxdı
Artıq bugün "Bakı" Bakıda məşqlərinə başlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ayın 2-si keçiriləcək “Bakı” “Qəbələ” oyununa hazırlığını davam etdirir. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi saat yarım davam edib. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb.
Daha sonra komanda topu qısa məsafələrə ötürmə və paslar üzərində çalışıb . İki qrupa bölünən futbolçular məşq prosesini taktiki gedişlər və qapıya zərbələrlə yekunlaşdırıb.
saytlarin hazirlanmasi