Təmsilçimiz Sloveniya klubunu 2 qolla məğlub etdi
Ötən gün Avstriya toplanışına yekun vuran "Qəbələ" adıçəkilən ölkədə son sınaq oyununu keçirib. Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Sloveniya təmsilçisi "Smartno" ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə 21:00-da başlayan matçda təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib.
Bu gün səhər saatlarında vətənə dönəcək "Qəbələ" meydana aşağıdakı heyətlə çıxıb:
David Pietrzkeviç, Omar Kalabane, Vladimir Levin, Urfan Abbasov, Rail Məlikov, Nizami Hacıyev, İbrahima Niasse, Lorenzo Ebesilio, Leonarda Da Silva, Yannik Kamanan, Daniyel Subotiç.