Təcrübəli yarımmüdafiəçi karyerasını "Bakı" ilə oyunda başa vuracaq
"Qəbələ"nin təcrübəli yarımmüdafiəçisi Ceyhun Sultanov karyerasını başa vurur.
Sportal.az-ın əldə etdiyi məlumata görə, avqustun 2-də keçiriləcək 2013-2014 mövsümünün açılış oyununda "Qəbələ" səfərdə "Bakı"nın qonağı olacaq və həmin matçda topa 34 aşlı futbolçu ilk toxunuş edib futbolla vidalaşacaq.
Xatırladaq ki, Daha öncə “Fərid” (1996/97), “Neftçi” (1997/98), “Bakı” (1998-01, 2003-2005), “Maşınsazi” (İran, 2003), “Xəzər Lənkəran” (2006-10), “Kəpəz” (2010-12), "Sumqayıt" kimi komandaların şərəfini qoruyan Sultanovun son klubu "Qəbələ" olub.
Ceyhun Sultanov 2 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan kubokunun qalibi olub. 2008-ci ildə isə “Birlik kuboku”nu qazanıb. Qeyd edək ki, Azərbaycan milli komandasında 16 oyun keçirən Sultanov 1 qol vurub və 1 matça kapitan sarğısı ilə çıxıb.
saytlarin hazirlanmasi