Elitadakı debüt mövsümü klubun tarixində ən uğursuz olub
Bu həftə - avqustun 2-də Premyer Liqada yeni mövsümün startı veriləcək.
Sportal.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, iştirakçı komandalar arasında yer alacaq “Qəbələ” tarixində 8-ci dəfə çempionatın mükafatları uğrunda mübarizə aparacaq. 2005-ci ildə “Gilan” adı altında yaranan komanda ilk mövsümdə çıxış etdiyi I dəstədə çempion olaraq güclülər sırasına yüksəlib. 2006/07 mövsümündə güclülər dəstəsində ilk mövsümünü keçirən komanda artıq 7 dəfə Premyer Liqada çıxış edib.
Elitadakı debüt mövsümü klubun tarixində ən uğursuz olub. Çempionatın gedişində 23 uğursuz seriya yaşayan “qırmızı-qaralar” 6 və 10 oyunluq qələbəsizlik seriyası yaşayıb. Təhlükəli zonadan son anda qurtulan komanda mövsümü 11-ci pillədə başa vurub. Növbəti çempionatda 6-cı olan “Qəbələ” son 4 matçda qalib gəlməməklə daha da irəliləmək imkanını qaçırıb. 2008/09 mövsümü isə uğursuz alınıb. Çempionatın sonunda komanda yalnız 10-cu pillədə qərarlaşıb.
“Altılıq” sistemi ilə keçirilən son 4 çempionatda isə “Qəbələ” 5-ci pillədən yuxarı, 7-ci yerdən aşağı düşməyib. 2009/10 mövsümündə “Qızıl xallar”ın tətbiqi ilə keçirilən çempionat klub tarixində rekordla əlamətdar olub. 5-ci olan "qırmızı-qaralar" növbəti il ilk “altılıq”dan kənar düşüb. Komandanın 7-ci olduğu 2010/11 mövsümündə quru seriyası ilə fərqlənib. Həmin vaxt “Qəbələ” ardıcıl 10 matçda qol buraxmayıb.
2011/12 mövsümündə isə klub tarixinin ən yaxşı nəticəsi təkrarlanıb. Çempionatı 5-ci yerdə tamamlayan komanda mövsümün gedişində ardıcıl 3 məğlubiyyət alaraq daha da yüksəlmək imkanını qaçırıb. “Altılıq” sistemi ilə keçirilən sonuncu – 4-cü mövsümdə də ilk qrupda yer alan “qırmızı-qaralar” yalnız 6-cı olub. Mövsümün ikinci yarısında qeydə alınan 8 qələbəsiz oyun “Qəbələ”nin daha yüksək yerdə qərarlaşmasına mane olan əsas səbəb idi.
saytlarin hazirlanmasi