Əzmkar qələbə, inamlı start

11:32 - 2 Avqust 2013

"Qəbələ" son çempionu üstələdi
 
Əvəzedici heyətlərin ölkə çempionatında yeni mövsümün startı verilib.
 
Sportal.az xəbər verir ki, "Qəbələ" ilk turun açılış oyununda səfərdə son mövsümün çempionu "Bakı"  ilə qarşılaşıb. Matça meydan sahibləri daha üstün başlayıblar.  Bu üstünlük özünü hesab da göstərib. 3 və 16-cı dəqiqələrdə qonaqların qapısına yol tapan Raul Yaqubzadə komandasını 2:0 önə çıxarıb. Matçın irəliləyən dəqiqələrində tədricən üstünlüyü ələ keçirən "Qəbələ" 44-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. Ehtiram Şahverdiyev fərqlənib. Fasilədən sonra da "qırmızı-qaralar" oyun planında üstünlüyünü davam etdirib. Sürətli hücumlarla yadda qalan Luis Araqonun yetirmələri 50-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Əziz Hüseynov bakılıları meydançanın mərkəzinə dəvət edib. Cəmi 2 dəqiqə sonra "Qəbələ" daha bir dəfə fərqlənib. Ehtiram Şahverdiyev dublunu rəsmiləşdirib. Bu qolla da kifayətlənməyən "qırmızı-qaralar" qarşılaşmada son nöqtəni 85-ci dəqiqədə qoyublar. Elnur Mustafazadə matçın nəticəsini müəyyənləşdirib: "Bakı" - "Qəbələ" 2:4. Beləliklə "Qəbələ" mövsümün açılış oyununda əzmkar qələbə və uğurlu startla yadda qalıb.

Xəbər xətti