"Rəvan" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı

14:41 - 6 Avqust 2013

Komanda dünəndən məşqlərə start verdi
 
"Rəvan” Premyer Liqanın ikinci turunda "Neftçi” ilə qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  komanda dünəndən bu oyunun hazırlıqlarına başlayıb. Məşqlər "Bayıl stadionu”nda keçirilir.
 
Bu günə komandanın 2 hazırlığı nəzərdə tutulmuşdu ki, onlardan biri artıq baş tutub. Səhər məşqi fiziki hazırlığın yüksəldilməsinə hesablanmışdı. Futbolçular belə desək, sürət məşqi üzərində çalışdı. Qaçış hərəkətlərinin üstün olduğu məşqdə digər fiziki çalışmalar da həyata keçirildi. Axşam məşqi isə taktiki-texniki olacaq. Baş məşqçi Ramil Əliyev yetirmələrinin qol epizodlarından istifadə əmsalını yüksəltmək üçün 4 qapılı futbol oynatmağı planlaşdırır. Təbii ki, müxtəlif formalı toplu çalışmalara da yer ayrılacaq.

Xəbər xətti