Milinko Pantiç: "Rəqib komandamızın yaxşı baş məşqçisi var"
Sabah Topaz Premyer Liqasında II turun oyunlarına start verilir. Sportal.az xəbər verir ki, çempionatın açılış qarşılaşmasında evdə “Qəbələ”yə 2:1 hesabı ilə məğlub olan “Bakı” paytaxtın digər təmsilçisi AZAL-la qarşılaşacaq.
Bu gün keçirilən məşqdən sonra klub saytına açıqlama verən komandanın baş məşqçisi Milinko Pantiç yalnız qələbə barədə düşündüklərini deyib: “Oyuna yaxşı hazırlaşmışıq. Rəqib komandanın yaxşı baş məşqçisi və oyunçuları var. Bununla yanaşı biz yalnız qələbə barədə düşünürük. Keçən turda buraxdığımız səhfləri təkrarlaya bilmərik”.
Xatırladaq ki, AZAL - “Bakı” görüşü sabah, saat 19:00-da “AZAL Arena” stadionunda baş tutacaq.