Pantiç: "Bu qələbə unudulmalı, qarşıdakı oyunlara köklənməliyik"

21:46 - 31 Avqust 2013

"Bu cür gözəl oyundan sonra ancaq sevinmək olar"

 

“Bu cür gözəl oyundan sonra ancaq sevinmək olar. Həm fiziki, həm də mənəvi cəhətdən rəqibi üstələdik. İkinci hissədə azlıqda qalsaq da, yenə də qələbə qazana bildik. "

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi" məğlubiyyətə uğratmış "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç deyib. Pantiç bu qələbəni unutduqlarını fikirlərinə əlavə edib:

 

"Klubumuzun prezidenti də oyunu izləyirdi. Komanda hələ təzə qurulur, öz üzərimizdə işləməliyik. Bu qələbə unudulmalı, qarşıdakı oyunlara köklənməliyik”. 

Xəbər xətti