Levandovski harada oynamaq istədiyini açıqladı

14:20 - 14 Oktyabr 2013

"Mən heç vaxt deməmişəm ki, bu komanda "Bavariya" olacaq"
 
Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski artıq “Bavariya”ya keçməyə hazırlaşmır.
 
Sportal.az xəbər verir ki, polşalı futbolçu oynamaq istədiyi çempionatı açıqlayıb: “Artıq yanvar ayından etibarən istənilən klubla anlaşa bilərəm. Amma heç vaxt deməmişəm ki, bu komanda “Bavariya” olacaq. Yayda bu komanda ilə razılaşmışdıq, lakin son anda keçid baş tutmadı. Ötən mövsüm hətta “Mançester Yunayted”in həmin vaxtkı baş məşqçisi Aleks Ferqyusonla da görüşmüşdüm. Açığı, ən böyük arzum elə İngiltərə Premyer Liqasında oynamaqdır. Bu mənim üçün əla təcrübə olar”. 

Xəbər xətti