Almaniya Bundesliqasında IX turun növbəti oyunları keçirilib.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Öz meydanında "Mainz"lə qarşılaşan "Bavariya" rəqibinə aman verməyib - 4:1. Dortmund "Borussiya"sı isə doğma meydanda "Hannover"i 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, IX tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
19 oktyabr
"Braunşveiq" - "Şalke" 2:3
Qollar: Ademi, 20, Bellarabi, 59 - Meyer,27, Qoretzka, 65, Neustədter, 90
"Borussiya" (Dortmund) - "Hannover" 1:0
Qol: Roys, 4-pen
"Verder" - "Frayburq" 0:0
"Bavariya" - "Mainz" 4:1
Qollar: Robben, 50, Müller, 52,82, Mandzukiç, 69 - Parker, 44
"Ayntraxt" (Frankfurt) - "Nürnberq" 1:1
Qollar: Kadleç, 50 - Drmiç, 86
"Herta" - "Borussiya" (Münhenqladbax) 1:0
Qol: Ramos, 37
saytlarin hazirlanmasi