Kisslinq rəqib komandanın azarkeşlərindən üzr istədi
“Hoffenhaym”la matçda hakimin kobud səhvi üzündə qeyri-dəqiq zərbəsi qol kimi qiymətləndirilən “Bayer”in hücumçusu Ştefan Kisslinq üzr istəyib.
Sportal.az xəbər verir ki, təcrübəli forvard həmin anı belə xatırlayıb: “Bu yolla qələbə qazanmaq bizim üçün yolverilməzdir. Mən zərbədən sonra topun hara getdiyini görə bilmədim. Belə qələbələr bizə yaraşmır. Həm “Hoffenhaym”, həm də “Bayer” azarkeşlərindən üzr istəyirəm”.
saytlarin hazirlanmasi