Nuri yenidən "Borussiya"nın futbolçusu ola bilər
Dortmund “Borussiya”sı Türkiyə yığmasının üzvü Nuri Şahinin transfer hüququnu birdəfəlik almaq niyyətindədir.
Sportal.az xəbər verir ki, “Real”ın futbolçusu olan 25 yaşlı yarımmüdafiəçi “Borussiya”da icarə əsasında çıxış edir. Dortmundlular cari mövsümün sonunda 7 milyon avro ödəyərək, Nurinin keçidini həll etmək arzusundadırlar. Xatırladaq ki, “Real” 2011-ci ildə Şahini elə “Borussiya”dan almışdı. İspanlar həmin vaxt türkiyəliyə görə 10 milyon avro xərcləmişdilər.
saytlarin hazirlanmasi