"Bavariya"nın prezidenti məhkəmə qarşısına çıxacaq

23:20 - 4 Noyabr 2013

Henessin hesabına qanunsuz 20 milyon avro pul köçürülüb
 
 
"Bavariya" klubunun prezidenti Uli Heness məhkəmə qarşısına çıxacaq.
 
Sportal.az xəbər verir ki, vergidən yayındığı iddia edilən klub prezidenti günahkar bilinərək məhkəməyə verilib.
 
U.Henessin 2014-cü il martın 10-da məhkəmə qarşısına çıxacağı açıqlanıb.
 
Qeyd edək ki, onun İsveçrədəki gizli bank hesabı olduğu, ora qanunsuz olaraq 20 milyon avro pul qoyulduğu üzə çıxıb. Klub prezidentinin təxmini 3.2 milyon avro vergidən yayındığı bildirilir.

Xəbər xətti