"Borussiya"nın qapıçısı millidə
Noyabrın 15 və 19-da yoldaşlıq oyunları keçirəcək Almaniya milli komandasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, “Borussiya” Dortmund klubunun qapıçısı Roman Vaydenfeller ilk dəfə olaraq milliyə dəvət alıb.
33 yaşlı qapıçı İngiltərə və İtaliyaya qarşı keçirilən oyunlarda debüt edə bilər.
Qapıçılar: Rene Adler (“Hamburq”), Manuel Noyer (“Bavariya”), Roman Vaydenfeller(“Borussiya”, Dortmund)
Müdafiəçilər: Jerom Boatenq (“Bavariya”), Benedik Hyönes (“Şalke”), Mats Hummels (“Borussiya”, Dortmund), Marsel Yansen (“Hamburq”), Flip Lam (“Bavariya”), Per Mertezaker ( “Arsenal”), Marsel Şmelçer(“Borussiya, Dortmund), Hayko Vesterman (“Hamburq”)
Yarımmüdafiəçilər: Lars Bender (“Bayer”, Leverkuzen), Sven Bender(“Borussiya”, Dortmund), Yupian Draksler (“Şalke”), Mario Qötze(“Bavariya”), Sami Xedira (“Real”, Madrid), Toni Kroos (“Bavariya”), Tomas Müller (“Bavariya”), Məsut Özil (“Arsenal”), Marko Roys (“Borussiya”, Dortmund), Sidney Sam (“Bayer”, Leverkuzen), Andre Şürrle("Çelsi")
Hücumçular: Miroslav Kloze (“Latsio”), Maks Kruze (“Borussiya”, Münhenladbax)
saytlarin hazirlanmasi