Kloze sıradan çıxıb
Almaniya millisinin və "Latsio" klubunun hücumçusu Miroslav Kloze zədələnərək sıradan çıxıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu İtaliya A Seriyasının sonuncu turunda "Parma" ilə oyunda zədələnib.
Çiynindən xəsarət alan təcrübəli futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Klozenin Almaniyanın keçirəcəyi yoldaşlıq görüşlərində də forma geyinə bilməyəcəyi deyilir.
saytlarin hazirlanmasi