"Borussiya" transferə doymaq bilmir

02:21 - 21 Noyabr 2013

Fridrixin yeni komandası məlum oldu
 
Dortmund "Borussiya"sı heyətini gücləndirib.
 
Sportal.az xəbər verir ki, Almaniya nəhəngi Neven Subotiç və Mats Hummelsin zədələndiyi vaxtda yeni müdafiəçi alıb.
 
Mövsümün əvvəlində "Bayer"dən (Leverkuzen) ayrılan və azad agent statusuna malik olan Manuel Fridrixlə müqavilə imzalanıb. 34 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər "Borussiya"da oynayacaq.
 
Manuel Fridrix 2007-ci ildən "Bayer"də çıxış edirdi. 147 oyuna, 11 qol vurub.

Xəbər xətti