Almaniya nəhəngi ilk transferini rəsmiləşdirdi

18:46 - 17 Yanvar 2014

"Borussiya" koreyalı futbolçu transfer etdi
 
Dortmund "Borussiya"sı Cənubi Koreya millisinin futbolçusu Donq-Von Jinin transferini həll edib.
 
Sportal.az xəbər verir ki, Almaniya nəhəngi 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. O, 2014/2015 mövsümündən etibarən "Borussiya"da oynayacaq.
 
Mövsümə "Sanderlend"in heyətində başlayan Donq-Von Ji bir neçə gün öncə Almaniyanın "Augsburq" klubuna transfer olunub. 
 
Cənubi Koreya millisinin heyətində 26 oyuna çıxan Donq-Von Ji 8 dəfə rəqib qapılarına yol tapıb. 

Xəbər xətti