"Bavariya"nın prezidenti həbs edildi

00:30 - 14 Mart 2014

Hoeness 27,2 milyon avro pul mənimsəyib
 
Almaniyanın "Bavariya" klubunun başqanı Uli Hoeness vergidən yayınmaya görə 3 il 6 ay həbs cəzasına məhkum edilib.
 
Sportal.az xəbər verir ki, əvvəlcə Uli vergidən yayındırdığı məbləğin 3,5 milyon avro olduğunu desə də, sonradan bu rəqəmin 27, 2 milyon avro olduğu aydınlaşıb. Apelyasiya üçün bir həftə vaxt verilib. Əgər, apelyasiya şikayəti rədd olunarsa, prezident 3 il yarım həbs yatmaqla bərabər, həmin məbləği faizi ilə birlikdə dövlətə ödəyəcək.

Xəbər xətti