Vergidən yayınan Hönessin həbsxana həyatı necə keçir?
“Bavariya”nın sabiq prezidenti Uli Hönessin həbsxana həyatı heç də yaxşı keçmir.
Sportal.az xəbər verir ki, Landsberq-Lexe şəhərindəki cəza evində Hönessə bir sıra qadağalar qoyulub. Belə ki, keçmiş klub rəhbəri həbsxanada olduğu müddətdə mobil telefondan və internetdən istifadə edə bilməz. Hətta işadamına televizora baxmağı və radionu dinləmək qadağası qoyulub. Bundan savayı həyat yoldaşı Uli Hönessə 10 gündən bir baş çəkə bilər. O, həbsxanadan təcrid olandan sonra da 18 ay işləyə bilməz.
Höness vergilərdən yayınaraq, İsveçrə bankına külli miqdarda maliyyə yatırımında ittiham olunub. Məhz buna görə “Bavariya” klubunun keçmiş rəhbərinə 3 il yarım həbs cəzası kəsilib.
Qeyd edək ki, Hönessin çəkdiyi cəza evinə 1924-cü ildə Adolf Hitler də düşüb. Məhz Hitler Almaniyada çevriliş etmək istədiyini görə, ömrünün 9 ayını dəmir barmaqlılar arasında keçirib.
saytlarin hazirlanmasi