Andres Palop futbolla vidalaşır

15:50 - 22 Aprel 2014

40 yaşlı qolkiper "Bayer"də bir oyunda belə meydana çıxmadı
 
Liverkuzen "Bayer"nin qapıçısı Andres Palop karyerasını başa vurmaq qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper fubolla mövsümün sonunda vidalaşacaq. İspaniyalı kiper mövsümün əvvəlində liverkuzenlilərlə bir illik müqavilə bağlasa da, heç bir oyunda meydana çıxmayıb.
 
19 iilik futbol karyerasında Palop çıxış etdiyi komandalarda bir sıra titullara yiyələnib. "Valensiya"  ilə İspaniyada iki dəfə çempionluq yaşayan qapıçı UEFA kuboku və Superkuboka sahib olub. "Sevilya"da forma geyən təcrübəli qapıçı müxtəlif vaxtlarda ölkə kubokunu, UEFA və Superkuboku başı üzərinə qaldırıb.                 
        

Xəbər xətti