Almaniya millisində ciddi itki

11:37 - 7 İyun 2014

Roys DÇ-2014-də ilk oyunu buraxacaq
 
Almaniya milli komandası DÇ-2014-ün başlamasına beş gün qalmış növbəti ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, Ermənistanla yoxlama oyununda (6:1) komandanın aparıcı futbolçusu  Marko Roys əzələsini dartıb.

Dünya çempionatına bir həftə qaldığını nəzərə alsaq, Reoysun ilk oyunu buraxacağı dəqiqdir.

Qeyd edək ki, İlkay Gündoğan, Mario Qomez, Lars Bender və Badştuber kimi aparıcı oyunçular mundialda Almaniya millisinə kömək edə bilməyəcək. 

Xəbər xətti