Yoahim Löv 25 yaşlı yarımmüdafiəçi haqqında yekun qərarını açıqlayıb. Beləliklə, Marko Roys DÇ-2014-də oynaya bilməyəcək. Onun əvəzinə 23 nəfərlik heyətə Şkodran Mustafi daxil edilib.
Marko Roys Ermənistanla keçirilən yoldaşlıq görüşündə birinci hissənin sonlarına yaxın sol ayağından zədə almışdı.