"Braziliyaya dünya çempionu olmaq üçün gəlmişik"

19:06 - 28 İyun 2014

Məsut Özil komandasının "DÇ-2014"dəki hədəfi haqda danışıb
 
 
Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil komandasının "DÇ-2014"dəki hədəfi haqda danışıb.
 
Sportal.az xəbər verir ki, Türk əsilli futbolçu ESPN-ə açıqlamasında Braziliyaya çempion olmaq üçün getdiklərini bildirib:
 
"Biz həqiqətən də dünya çempionu olmaq istəyirik. Braziliyaya elə bunun üçün gəlmişik. 1/8 finalda mübarizəni dayandıraraq evə qayıtmaq fikrimiz yoxdur. Bütün komandalar bizim gücümüzü bilirlər".
 
Qeyd edək ki, Almaniya mundialın 1/8 finalında Əlcəzair millisi ilə qarşılaşacaq.

Xəbər xətti