Almaniyanın ulduzu futbolçu karyerasını başa vurur

11:30 - 21 İyul 2014

Kloze üçün son 1 mövsüm
 
Almaniya millisinin və “Latsio” klubunun hücumçusu Miroslav Kloze gələn il  futbolçu karyerasını başa vuracağını açıqlayıb.

Sportal.az xəbər verir ki, Almaniya mətbuatına açıqlama verən təcrübəli futbolçu 2015-ci ildə futbolu buraxacağını deyib.

Almaniya millisi ilə DÇ-2014-ün qalibi  və dünya çempionatlarının final mərhələlərində ən çox qolun müəllifi olan (16 qol) 36 yaşlı hücumçu yeni mövsümün sonu “Latsio”da karyerasını bitiricək.

Qeyd edək ki, 2004/2007-ci illər “Verder”, 2007/2011- ci illər “Bavariya”nın formasını geyən Kloze “Latsio”da çıxdığı 99 matçda 40 qol vurub.

Xəbər xətti