Dortmund "Borussiya"sına sevindirici xəbər

14:35 - 25 İyul 2014

Marko Roysun vəziyyəti yaxşılaşır

 

Dortmund "Borussiya"sının zədəli futbolçusu Marko Roysun vəziyyəti haqda yeni açıqlama verilib.

 

Sportal.az xəbər verir ki, o, gözləniləndən daha tez yaşıl meydanlara qayıda bilər. Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp 25 yaşlı oyunçu 2-3 həftəyə tam hazır olacağını deyib.

 

Qeyd edək ki, Roys Almaniya millisi ilə DÇ-2014 öncəsi Ermənistanla hazırlıq matçında ağır zədələnmiş və çempionatı buraxmalı olmuşdu.

Xəbər xətti