Frank Riberi zədəsini sağaldıb və məşqlərə başlayıb
“Bavariya”nın təcrübəli futbolçusu Frank Riberinin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanıb.
Sportal.az xəbər verir ki, artıq o, bu həftənin sonunda meydana çıxa biləcək.
Bir müddət zədəli olan və məşqlərə yenicə başlayan oyunçu barədə baş məşqçi Pep Qvardiola məlumat verib: “Bu həftə keçirilən məşqlərdə özünü yaxşı hiss edirdi və yaxşı oyun göstərirdi. Güman edirəm ki, “Hamburq”la oyunda bir neçə dəqiqəlik meydana çıxa bilər”.
Xatırladaq ki, Riberi belindəki zədə səbəbindən Braziliyada keçirilən dünya çempionatını buraxmalı olmuşdu.
saytlarin hazirlanmasi