FIFA ilə Almaniya Futbol Federasiyası arasındakı fərq: Biri spreyi tətbiq etdi, o birisi isə futbolçuların canına qıymadı FOTO

12:10 - 27 Sentyabr 2014

Tərkibində insan sağlamlığı üçün ziyanlı maddələr var

 

DÇ-2014-də hakimlər tərəfindən istifadə edilən spreyə Almaniyada qadağa qoyula bilər.

 

Sportal.az xəbər verir ki, Bundesliqanın 8-ci turunda (18-19 oktyabr) belə spreydən istifadəyə başlamaq niyyətində idilər. Ancaq Almaniyanın məhsulun keyfiyyəti üzrə komissiyasının mütəxəssisləri bu spreyin istifadəsinə qarşı çıxıblar.

 

Komitə bu spreyin istifadəsinin yasaqlanmasını tələb eləyib. Səbəb kimi isə həmin spreyin tərkibinin insan sağlamlığı üçün ziyanlı maddələrin olduğu götərilib.

 

Xatırladaq ki, həmin spreydən oyun zamanı təyin olunmuş cərimə zərbələri zamanı istifadə olunur: Topun qoyulduğu və “canlı divarın” dayanmalı olduğu yerə vurulur sprey! 

 

Xəbər xətti