"Bavariya"dan növbəti darmadağın
	 
	Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, ikinci oyun günüdə 6 qarşılaşma baş tutub. Turnir cədvəlinə başçılıq edən “Bavariya” doğma publika önündə “Hannover”i sınağa çəkib. 
	 
	Münhen təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib. Qollardan ikisini Levandovski vurubsa, digər iki top da Robbenin payına düşüb.  
	 
	Dortmund “Borussiya”sı evdə autsayder “Hamburq”la üz-üzə gəlib. Yurgen Kloppun komandası  gözlənilmədən uduzub.
	Liverkuzen “Bayer”i isə “Paderborn”la xalları yarı bölüb. 
	 
	 
	Almaniya Bundesliqası 7-ci tur
	 
	 
	4 oktyabr
	 
	“Bayer” (Liverkuzen) - “Paderborn”  2:2
	Qollar: Bender, 42, Bellarabi, 90 - Kos, 20, Stoppelkamp, 87 
	 
	“Bavariya” - “Hannover”  4:0
	Qollar: Levandovski, 6, 38, Robben, 13, 7
	 
	“Borussiya”(Dortmund) - “Hamburq”  0:1
	Qol: Lasoqqa, 35
	 
	“Hoffenhaym” - “Şalke”  2:1
	Qollar: Elyunussi, 14, Salai, 29 - Huntelaar, 83
	 
	“Verder” - “Frayburq”  1:1
	Qollar: Di Santo, 31 - Darida, 8-pen
	 
	“Ayntraxt” - “Köln”  3:2
	Qollar: Mayer, 44, 54, Vimmer, 79-öz qapısına - Risse, 15, Hektor, 65
                      
saytlarin hazirlanmasi