"Borussiya"nın futbolçuları bir-bir sıradan çıxır

16:05 - 6 Oktyabr 2014

Dortmund təmsilçisində 6 zədəli futbolçu var

 

Almaniyanın "Borussiya" klubu daha bir ciddi itki ilə üzləşib.


Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən sayılan Marsel Şmelzer zədələnib. Müdafiəçi "Hamburq"la qarşılaşmada xəsarət alıb. Futbolçu 4 həftə komandasına kömək edə bilməyəcək.


Xatırladaq ki, komandada Marsel Şmelzerdən başqa Nuri Şahin, Marko Roys, İlkay Gündoğan, Blaşikovski, Oliver Kirxin də zədəlidir.

Xəbər xətti