"Həmin oyunda hər şeyi səhv etdim"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, öz maraqlı fikirlərini "Daily Mail" danışan təcrübəli çalışdırıcı ötən mövsüm Çempionlar Liqasının yarımfinalında "Real" (Madrid) klubuna məğlub olduqları qarşılaşmanın (0:4) karyerasının ən acı məğlubiyyəti olduğunu bildirib:
"Həmin oyunda hər şeyi səhv etdim. Oyun istədiyimiz kimi alınmadı və böyükhesabla uduzduq. Bu, karyeramın ən acı məğlubiyyəti idi".