"Bavariya" rəqibini darmadağın etdi
Almaniya Bundesliqasında 8-ci turun oyunları başlayıb.
Sportal.az xəbər verir ki, azarkeşlər ilk oyun günündə 7 qarşılaşmaya şahidlik ediblər. Son 4 oyunda qələbə qazana bilməyən, üç oyunda məğlub olan və birində xalları yarıya bölən Dortmund “Borussiya”sı yenə də uduzub.
“Köln”lə üz-üzə gələn Yurgen Klopun komandası səfərdə 2:1 hesabı ilə yenilib. Son çempuion və hazırda turnir cədvəlinə başçılıq edən “Bavariya” isə “Verder”i darmadağın edib – 6:0.
18 oktyabr
Almaniya Bundesliqası 8-ci tur
“Bavariya” - “Verder” 6:0
Qollar: Lam, 20, 79, Alonso, 27, Müller, 43-pen, Götse, 45, 86
“Frayburq” - “Volfsburq” 1:2
Qollar: Kerk, 90+1 - Kaliqiri, 8, 66
“Hannover” – “Borussiya” (Münhenqladbax) 0:3
Qollar: Krus, 14, 90, Xaka, 49
“Köln” - “Borussiya” (Dortmund) 2:1
Qollar: Voqt, 40, Zoller 74 - İmmobile, 48
“Mayns” - “Auqsburq” 2:1
Qollar: Hofmann, 20, Samperio, 23 - Verner, 78
“Ştuttqart” - “Bayer” 3:3
Qollar: Verner, 57, Kleyn 67, Harnik, 76 - Si Hun-Min, 4, 9, Bellarabi, 41
“Şalke” - “Herta” 2:0
Qollar: Huntelaar, 19, Draksler, 65
saytlarin hazirlanmasi