"Əgər kimsə iki qol vuracağıma proqnoz versəydi, indi dünyanın ən varlı adamı olardı"

03:30 - 19 Oktyabr 2014

Filipp Lam: "Karyeram ərzində ilk dəfədir ki, dubl edirəm"
 
Almaniya Bundesliqasının 8-ci turunda son çempion “Bavariya” doğma divarlar arasında “Verder”i darmadağın edib.
 
Sportal.az xəbər verir ki, Münhen klubunun müdafiəçisi Filipp Lam dubl edərək komandasının böyükhesablı qələbəsində pay sahibi olub. “Bavariya”nın kapitanı oyundan sonra maraqlı açıqlama verib:
 
“Əgər kimsə iki qol vuracağımı proqnoz versəydi, indi dünyanın ən varlı adamı olardı. Çünki mən nadir hallarda qol vururam. Karyeram ərzində ilk dəfədir ki, dubl edirəm. Bu vaxta qədər elə bir oyun olmayıb ki, iki top vurum. Bunu nə vaxtsa təkrarlayacağımı isə deyə bilmərəm”.    

Xəbər xətti