Premyer Liqanın son turu çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçı yanlış hakim qərarları ilə yadda qalıb. Məhz hakimlərin “əməyi” sayəsində “Sumqayıt” qələbəyə yaxın olduğu oyundan məğlubiyyətlə ayrılıb.
Artıq bu oyunla bağlı kifayət qədər müzakirələr gedib və maraqlısı odur ki, “Sumqayıt”ın qaydalar çərçivəsində vurduğu qolu ofsayd kimi dəyərləndirən Munis Abdullayev səhvini etiraf eləmir. Abdullayev “Futbol saatı” verişilişində də öz səhv qərarına bəraət qazandırmağa çalışıb.
Məsələ ilə bağlı “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanova müraciət etdik. Sportal.az saytına açıqlama verən təcrübəli hakim bunları dedi:
“Hakimin nəinki öz oyununu, hətta başqasının oyununu bu tərzdə şərh etməsi düzgün deyil. Bu, FİFA və UEFA-nın qoyduğu qaydalara ziddir. Necə ki, Munis Abdullayev dünənki verlişdə baş hakim Vüsal Əliyevin epizodlarını şərh etməkdən boyun qaçırdı. Munis Abdullayevin özünü ifrat dərəcədə müdafiə edirdi. Ümumiyyətlə, “Qəbələ”- “Sumqayıt” oyununda ofsayd epizodunu müzakirə etməyə dəyməz. Köməkçi hakimin açıq-aşkar səhv etdiyi bir epizodda özünə bəraət qazandırmsı cəhdlərini düzgün saymıram.
Hakim səhvləri bütün dünyada var. Ancaq əfsuslar olsun ki, Azərbaycanda hakim səhvləri hər turda təkrarlanır. Ölkəmizdə o komanda yoxdur ki, hakim haqsızlığı ilə üzləşməsin. Yni bu bir oyuna aid deyil, ümumi problemdir. Hər oyundan sonra hansısa hakim çıxıb səhvlərini müzakirə edəcəksə, bu, anarxiyaya aparıb çıxara bilər. Belə epizodları müzakirə etməkdənsə, hakimlər öz səhvlərini aradan qaldırmaq haqqında fikirləşsələr daha yaxşı olar. Son 3-4 ildə Azərbaycan futbolunun uğurları ancaq klublarla bağlıdır. Bi neçə il öncə “Neftci”nin, hazırda “Qarabağ”ın Avroliqanın qrup mərhələsində uğurlu çıxışı buna əyani sübutdur.
Klublarımız Avropa Liqasında tarix yazırlar. Təşkilatçılıq baxımından bu gün UEFA mötəbər turnirlərin keşiriləməsini Azərbaycana həvalə edir. 2020 Avropa çempionatının final mərhələ oyunlarının Azərbaycana həvalə olunması böyük hadusədir. AFFA-nın təşkilatiçılığı ilə görülən işlər və PFL yaradılandan sonra “Nefti” və “Qarabağ”ın Avropadakı uğurları fonunda hakimlər üçün yuksək şəraitin yaradılmasına baxmayaraq, onların öz səhvlərinə bu cür ifrat yanaşması başadüşülən deyil. Bugünkü günün tələblərinə uyğun hakim idarəçiliyi lazımdır. Bu uğurların sayəsində Azərbaycan hakimləri Avroliqanın qrupunda niyə təmsil olunmurlar? Müzakirələr bu mövzuda aparılmalıdır. Belə olan halda biz hakimlərin normal idarəçiliyinə və inkişafına nail ola bilərik. Yoxsa hər turdan sonra hakimlər öz oyunlarını və səhvlərini belə ifrat dərəcədə müzakirə və ya müdafiyə edəcəklərsə bunun adı anarxiyadır inkişaf deyil. Hakimlərin idarəçiliyinə qiymət verən Hakim-İnspektorlar, Hakimlər Komitəsi, mütəxəssislər və jurnalistlər var. Bütün dünyada olduğu kimi müzakirələr bu şəkildə aparılmalıdır”.