"Borussiya" kuboka davam, "Hannover" tamam dedi

02:00 - 29 Oktyabr 2014

Almaniya kubokunda 1/16 final həyəcanı  
 
Almaniya kubokunda 1/16 final mərhələnin oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, bir oyundan ibarət olan qarşılaşmaların ilk günündə  8 görüş keçirilib. “Aalen”ə səfərdə 2:0 hesabı ilə məğlub olan “Hannover” kubokda mübarizəni dayandırıb.
 
Dortmund “Borussiya”sı aşağı liqa təmsilçisi "Sankt-Pauli"ni məğlub etməkdə çətinlik çəkməyib. Yurgen Kloppun komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək kubokda  yoluna davam edir.
 
 
Almaniya kuboku 1/16 final mərhələsi
 
 “Aalen” - “Hannover”  2:0
“Bielefeld”- “Herta”  1:0
“Şemnitser” – “Verder”  0:2
“Offenbak” – “Karlsrue”  1:0
“Drezden” – “Bohum”  2:1
“Dyusburq” – “Köln”  0:0 (pen-1:4)
“Kayzerslautern” – “Qroyter Fürt”  2:0
"Sankt-Pauli" – “Borussiya” (D)  0:3

Xəbər xətti