Münhen təmsilçisi əzəli rəqibindən 3 xal qopardı
Almaniya Bundesliqasında 10-cu turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında lider “Bavariya” əzəli rəqiblərindən olan Dortmund “Borussiya” ilə üz-üzə gəlib.
31-ci dəqiqədə dortmundlular Roysun sayəsində hesabdə önə keçiblər. Qonaq komanda fasiləyə üstün yollansa da, münhenlilər ikinci hissədə oyunda dönüş yaradıblar. Levandovski əvvəl hesaba tarazlıq gətirib ardınca Robben komandasının qələbə qolunu vurub.
“Bavariya” - “Borussiya” (D) 2:1
Qollar: Levandovski, 72, Robben, 85-pen - Roys, 31
saytlarin hazirlanmasi