Dünya çempionu zədələnib
"Borussiya" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki. komanda Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyuna ciddi itki ilə çıxacaq.
Mats Hummels zədə səbəbindən bu qarşılaşmada komandasına kömək edə bilməyəcək. Müdafiəçinin üç həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, "Borussiya" - "Qalatasaray" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.