Dünya çempionu üçün il erkən başa çatdı

17:45 - 4 Noyabr 2014

Yarımmüdafiəçi sıradan çıxıb

 

Almaniya millisinin və "Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger zədələnib.

 

Sportal.az xəbərt verir ki, təcrübəli futbolçu zədə səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Bu xəbəri klubun direktoru Karl-Haynz Rummenige açıqlamasında deyib.

"Şvaynştayger ilin sonuna qədər komandaya kömək edə bilməyəcək. O, komanda ilə məşqlərə dekabr ayında başlayacaq" - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, son dünya çempionatının qalibi avqust ayında keçirilən yoldaşlıq matçında xəsarət almışdı.

Xəbər xətti