Futbolçu iki həftə komandasına kömək edə bilməyəcək
"Borussiya" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Sokratis Papastatopulos "Borussiya Münhenqladbax"la qarşılaşmada xəsarət alıb. Futbolçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, S.Papastatopulos mövsüm ərzində 11 matçda meydana çıxıb.