Almaniya millisi Noyersiz qaldı
Almaniya millisinin və "Bavariya"nın əsas qapıçısı Manuel Noyer zədələnib.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli qapıçı ayağındakı ağrı səbəbindən millidən kənarlaşdırılıb. Onun İspaniya yığmasına qarşı yoldaşlıq matçında iştirak etməyəcəyi açıqlanıb.
Qeyd edək ki, Almaniya - İspaniya qarşılaşması noyabrın 18-i keçiriləcək.