Yarımmüdafiəçi yaşıl meydanlara geri dönür
"Borussiya"nın futbolçusu Nuri Şahin zədəsini tam sağaldıb.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Türkiyə millsinin üzvünün həftəsonu "Paderborn"la qarşılaşmada iştirak edə biləcək.
Bu xəbəri Nuri Şahin də təsdiqləyib: "Zədəm sağalıb. Yenidən yaşıl meydanlara qayıdacağım üçün xoşbəxtəm".
Qeyd edək ki, N.Şahin bu ilin may ayında "Bavariya" ilə matçda xəsarət almışdı.