"Bavariya"nın kaptanı 3 aylıq sıradan çıxdı

18:45 - 18 Noyabr 2014

Müdafiəçi xəsarət alıb

 

"Bavariya" klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Filip Lam zədələnib.

 

Təcrübəli futbolçu məşq zamanı xəsarət alıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı isə açıqlanmayıb.

 

Qeyd edək ki, bu mövsüm "Bavariya"da 18 rəsmi oyuna çıxan Lam 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbər xətti