Filip Lamdan sonra Tomas Müller

19:00 - 19 Noyabr 2014

Almaniya təmsilçisi çətin durumda

 

"Bavariya" klubu ciddi itkilərlə üzləşib.

 

Sportal.az xəbər verir ki, Filip Lamın zədələnməsindən sonra komandanın aparıcı üzvü Tomas Müller də sıradan çıxıb.
 
Hücumçu Almaniya millisinin İspaniya ilə oynadığı yoldaşlıq matçında ombasından xəsarət alıb. 25 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi məlum deyil.
 
Qeyd edək ki, Filip Lam və Müllerlə birlikdə "Bavariya"dakı zədəli futbolçuların sayı 11-ə çatıb.

Xəbər xətti